Saakaşviliyə telefonla danışmaq qadağan edildi

   Saakaşviliyə telefonla danışmaq qadağan edildi
  09 İyul 2023    Oxunub:1237
Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşviliyə qohumları ilə telefonla danışmaq qadağan edilib.
AzVision.az xəbər verir ki, bu barədə onun keçmiş vəkili Şalva Xaçapuridze məlumat yayıb.

O bildirib ki, Saakaşvilinin yanına hazırda yalnız anasını buraxırlar. Onun sözlərinə görə, Saakaşvilinin yanına hətta onun partiyasının üzvlərini, deputatları belə buraxmırlar.

AzVision.az


Teqlər:





Xəbər lenti