Özbəkistanda prezident seçkiləri başa çatıb
Səsvermə Bakı vaxtı ilə saat 20:00-dək davam edib. Bundan sonra partiyaların, KİV-lərin və beynəlxalq təşkilatların müşahidəçilərinin nəzarəti altında seçki komissiyalarının üzvləri səslərin hesablanmasına başlayıblar.
Xarici seçki məntəqələrində səsvermə hələ də davam edir. ABŞ-da Daşkənd vaxtı ilə saat 05:00-da məntəqə bağlanacaq. Ümumilikdə saat 11:00-a qədər 6,5 milyona yaxın insan səs verib. MSK ilkin nəticələri iyulun 10-da elan edəcək.
Seçkilərdə hazırkı Prezident Şavkat Mirziyoyev, Xalq Demokratik Partiyasından namizəd Uluğbek İnoyatov, Ekologiya Partiyasından namizəd Abduşukur Hamzayev və Ədalət Sosial Demokratiya Partiyasından namizədi Roba Mahmudova mübarizə aparıblar.
Qeyd edək ki, aprelin 30-da Özbəkistanda konstitusiyaya düzəlişlər üzrə referendum keçirilib və prezidentin səlahiyyət müddəti beş ildən yeddi ilə qaldırılıb. Bundan əlavə, yeni düzəlişlərə əsasən Özbəkistan sosial dövlət elan olunur və ölkədə ölüm hökmü ləğv edilir.
Vüsal Məmmədov
AzVision.az
Teqlər: