Zelenski İlan adasına gedib
"500 günlük genişmiqyaslı müharibə. İlan adası. Azad Ukraynanın azad adası. İşğalçılara qarşı burada vuruşan hər kəsə minnətdaram. Bu döyüşdə canlarını verən qəhrəmanların xatirəsi ehtiramla yad edilib - genişmiqyaslı müharibə zamanı ən vaciblərindən anlarından biri. Qara dənizimizdə təhlükəsizlik uğrunda mübarizə aparan hər kəsə həmd olsun! Şərəf!”, – Zelenski yazıb.
Zelenski Prezident Aparatının rəhbəri Andriy Yermakın müşayiəti ilə qayıqla İlan adasında gəlib.
"Bu 500 gündə hər bir əsgərimizin qələbələrinə, Silahlı Qüvvələrimizə, kəşfiyyatımıza, Milli Qvardiyamıza, sərhədçilərimizə, Ukrayna Təhlükəsizlik Xidmətinə, Milli Polisə, siqnalçılarımıza, xalqımıza bu yerdən təşəkkür etmək istəyirəm. Ukrayna uğrunda döyüşən hər kəsə təşəkkür edirəm. Biz mütləq qalib gələcəyik", Zelenski qeyd edib.
AzVision.az
Teqlər: