Rusiyalı futbol hakimi 32 yaşında vəfat etdi

   Rusiyalı futbol hakimi 32 yaşında vəfat etdi
  08 İyul 2023    Oxunub:1386
Rusiyalı futbol hakimi Daniil Şemetov 32 yaşında vəfat edib. Bu barədə cümə günü Rusiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
Ölüm səbəbləri barədə məlumat verilməyib.

“Rusiya Futbol İttifaqı Daniil Şemetovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və hakimin ailəsinə lazımi köməklik göstərəcək”, - deyə məlumatda bildirilir.

2019/20 mövsümündən Şemetov Rusiya çempionatının üçüncü divizionu olan İkinci Liqada çalışmağa başlayıb. Ümumilikdə referi 41 oyun keçirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Hakim   Futbol  





Xəbər lenti