ABŞ-ın 800 milyonluq yardımı: Ukraynaya hansı silahlar verilir?

      ABŞ-ın 800 milyonluq yardımı:    Ukraynaya hansı silahlar verilir?
  07 İyul 2023    Oxunub:1400
ABŞ Ukraynaya artilleriya qurğuları və onlarla zirehli texnika üçün kasetli sursatları nəzərdə tutan 800 milyon dollarlıq yeni hərbi yardım paketi hazırlayıb.
Bu barədə Pentaqon və Dövlət Departamenti məlumat yayıb. Ukrayna ordusuna 155 millimetrlik mərmilər, o cümlədən DPICM kaset tipli mərmilər, 32 Bradley piyada döyüş maşını və eyni sayda Stryker zirehli personal daşıyıcıları, Avenger və Stinger hava hücumundan müdafiə sistemləri və 31 155 mm-lik haubitsalar verilir.

Yardım paketinə həmçinin Patriot hava hücumundan müdafiə sistemləri, HIMARS çoxsaylı buraxılış raket sistemləri, Javelin və TOW tank əleyhinə raket sistemləri, dəqiq idarə olunan aviasiya sursatları, Penguin pilotsuz uçan aparatları, minalardan təmizləmə avadanlığı, 27 xilasetmə maşını, hərbi texnikanı aparmaq üçün 10 taktiki maşın daxildir.

Ukraynalılar həmçinin atıcı silahlar və 28 milyondan çox patron və qumbaraatan alacaqlar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ukrayna  





Xəbər lenti