Hərracla 10 faydalı qazıntı yatağı istifadəyə verildi

Hərracla 10 faydalı qazıntı yatağı istifadəyə verildi
  06 İyul 2023    Oxunub:1701
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.
Dövlət Xidmətindən AzVision.az -a bildirilib ki, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı keçirilən hərracda Abşeron rayonunda “Qızılburun” (2 ha) və “Şıxzərli” (3,6 ha) yataqları, Ağstafada “Ağstafaçay” (5,7 ha), Göygöl rayonunda “Qızılca” (12 ha), İsmayıllı rayonunda “Bilistan-II” (5 ha), “Təzəkənd” (5 ha), “Göyçay-I” (5 ha), Şabran rayonunda “Dəvəçiçay” (1,8 ha), Qubada “Qonaqkənd” (73 ha), “Qoxmazoba” (8 ha) yataqları istifadəyə verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti