"CanSat Azerbaijan" müsabiqəsinin final mərhələsinin qalibləri müəyyənləşib

"CanSat Azerbaijan" müsabiqəsinin final mərhələsinin qalibləri müəyyənləşib
  05 İyul 2023    Oxunub:1143
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə keçirdiyi sayca 5-ci "CanSat Azerbaijan" model peyk müsabiqəsinin final mərhələsinin qalibləri bəlli olub.
AzVision.az xəbər verir ki, ümumilikdə 10 komandanın iştirak etdiyi müsabiqənin qaliblərini qurumun İdarə Heyətinin sədri Saməddin Əsədov mükafatlandırıb.

Müsabiqədə I yeri ADA Universitetinin “CanStellar”, II yeri Xəzər Univeristetinin “KhazarSAT”, III yeri isə Milli Aviasiya Akademiyasının “BadCube” komandaları tutub. Qaliblərə müvafiq olaraq 6 000 manat, 4 000 manat və 2 000 manat mükafat verilib.

AzVision.az



Teqlər: Azərkosmos  





Xəbər lenti