Fransada gərginlik artıb, komendant saatı elan edilib
Fransa Daxili İşlər Nazirliyindən verilən açıqlamada, gecə saatlarında etirazların artması ehtimalı ilə bölgədə ictimai nəqliyyat xidmətlərinin saat 21:00-dan etibarən ləğv edildiyi açıqlanıb. Bildirilib ki, dünən etirazçılar bələdiyyə maşınlarını və ictimai binaları yandırdıqları üçün bu qərar verilib.
Fransada bu axşam keçirilməsi gözlənilən etirazlar səbəbilə ölkə daxilində 5 mini paytaxt Parisdə olmaqla 40 min polis əməkdaşı yerləşdiriləcək. Etirazların daha da intensivləşəcəyi gözlənilir.
Fransada şiddət hadisələrinə çevrilən etirazlarda dünən nümayişçilər avtomobilləri və ictimai binaları yandırıblar. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazla müdaxilə edib.
Etirazlarda 180 nəfər saxlanılarkən, öldürülən yeniyetmənin anası etirazçılara “sakit yürüş”ə çağırmışdı.
AzVision.az
Teqlər: