Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və digər qonaqlar iştirak ediblər.
Rəsmilər əlamətdar hadisələr münasibətilə əməkdaşlara təbriklərini çatdırıb, onlara bu məsuliyyətli və qürurlu yolda uğurlar arzulayıblar.
Tədbir çərçivəsində DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan "ASAN xidmət" mərkəzlərində inzibati vəzifələr üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən 44 dövlət qulluqçusu and içib.
AzVision.az