Çay evinin icarədarı müştərilərini bıçaqlayıb

Çay evinin icarədarı müştərilərini bıçaqlayıb
  21 İyun 2023    Oxunub:856
Bakıda çay evinin icarədarı müştərilərini bıçaqlayıb.
Hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Naxış” çay evində qeydə alınıb. Belə ki, çay evinin icarədarı Hüseyn Baratovla həmin obyektə müştəri qismində gələn Cavid Quliyev və Kamil Ağayevlə aralarında mübahisə yaranıb.

Mübahisə zamanı o, üzərində gəzdirdiyi bıçaqla hər iki şəxsə xəsarət yetirib. Faktla əlaqədar cinayət işi başlanılaraq istintaq aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti