Ölkədə vərəm xəstələrinin sayı azalıb

Ölkədə vərəm xəstələrinin sayı azalıb
  17 İyun 2023    Oxunub:1081
"Son illərdə vərəmlə xəstələnmə dinamikasında müsbət dəyişiklər müşahidə olunur".
AzVision.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Bakıda ilk dəfə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, 2005-cu ildə vərəmlə xəstələnmə hər 100 min nəfər üçün 43,7 idisə, hazırda bu rəqəm 25,3 ə qədər azalıb: "Görülən işlərin uğurlu nəticəsi əhalinin sağlamlığında müsbət dinamikadır. Türkiyədə baş verən zəlzələnin nəticələrinin aradan qaldırılmasında tibb işçiləri könüllü iştirak edib və qardaşlıq missiyasını yerinə yetirib".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti