"Əkin sahələrinə dəymiş zərər qiymətləndirilir" - Nazir

   "Əkin sahələrinə dəymiş zərər qiymətləndirilir" -    Nazir
  14 İyun 2023    Oxunub:1154
Təbiət hadisələri nəticəsində fermərlərin əkin sahələrinə dəymiş zərər bu gün Aqrar Sığorta Fondunun ekspertləri tərəfindən qiymətləndirilir.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib. O bildirib ki, sığorta olunmuş bütün fermerlərə ödənişlər həyata keçiriləcək.

"Təbiətin şıltaqlığı bizə sığortanın nə qədər önəmli olduğunu göstərir. Bütün fermer və iş adamlarını aqrar sığortaya qoşulmağa və ya sahələrini könüllü sığorta etdirməyə dəvət edirəm".

Nazir həmçinin qeyd edib ki, bu gün 15-16 faiz taxıl sahəsi biçilib. Bu da təxminən 160 min hekatar sahədə biçinin həyata keçirilməsi deməkdir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti