Nüvə silahı olan dövlətlər öz arsenallarını genişləndirir

Nüvə silahı olan dövlətlər öz arsenallarını genişləndirir
  12 İyun 2023    Oxunub:1061
Nüvə silahına malik dövlətlər dünyada müşahidə olunan geosiyasi gərginlik fonunda öz arsenallarını genişləndirir.
Bu barədə məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI)-nin yeni hesabatında yer alıb. 2023-cü ilin yanvar ayına olan məlumata görə, nüvə texnologiyalarına malik ölkələr ümumilikdə 12 512 nüvə başlığına sahibdir. Döyüş başlıqlarının 9576-sı potensial istifadə üçün hərbi ehtiyatlarda saxlanılır. Onların təxminən iki minə qədəri Rusiya və ABŞ arsenalında daimi döyüş hazırlığı vəziyyətindədir.

Birləşmiş Ştatlar nüvə ölkələri arasında 1770 döyüş başlığı ilə liderliyini davam etdirir. İkinci yerdə 1674 döyüş başlığı ilə Rusiya, üçüncü və dördüncü yerlərdə Fransa (280 döyüş başlığı) və Böyük Britaniya (120 döyüş başlığı) ilə qərarlaşıb.

Öz növbəsində Çin nüvə silahı həcmlərdə əhəmiyyətli artım göstərir - 2022-ci ildə arsenal 350-dən 410 döyüş başlığına qədər artıb və bu sayın çoxalması gözlənilir. Oxşar planları İngiltərə, Pakistan və Hindistan da açıqlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti