Vahid Ələkbərov bu il 4,1 milyard dollar qazanıb

  Vahid Ələkbərov bu il    4,1 milyard dollar qazanıb
  09 İyun 2023    Oxunub:1039
2022-ci ilin əvvəlindən Rusiyada ən çox dividend (səhmdarlara ödənilən mənfəət) alan beş milyarder olub.
Bu barədə “Bloomberg” özünün “Milyarderlər İndeksi”nə istinadən məlumat yayıb. Söhbət "Norilsk Nikel"in əsas səhmdarı Vladimir Potanin, “PhosAgro”nun təsisçisi Andrey Quryev, “Novatek”in rəhbəri və səhmdarı Leonid Mixelson və Gennadi Timçenko (həmçinin “Sibur”un səhmdarı) və “Lukoyl”un sahibi Vahid Ələkbərovdan gedir.

2022-ci ilin əvvəlindən onlar sahib olduqları şirkətlərin səhmlərindən 6,2 milyard dollar, 2023-cü ilin əvvəlindən isə daha 4,1 milyard dollar qazanıblar. Potanin keçən il 2,2 milyard dollar (agentlikdə bu il üçün statistika yoxdur), Quryev 2022-ci ildə 1,1 milyard, bu il isə 685,7 milyon dollar alıb.

Mişelsonun gəliri müvafiq olaraq 1 milyard dollar və 566,1 milyon dollar, Timçenko isə 981,9 milyon dollar və 540,5 milyon dollar olub. Səhmlər Ələkbərova 2022-ci ildə 901 milyon, bu il isə 4,1 milyard dollar qazandırıb.

Ələkbərov, Mixelson və Timçenko kimi “enerji milyarderləri” üçün böyük dividentlər xüsusi əməliyyat fonunda enerji qiymətlərinin kəskin artması ilə izah olunur. Ölkənin ən böyük mayeləşdirilmiş təbii qaz istehsalçısı olan Novatek səhmdarlarına tarixində ən yüksək, "Lukoil" isə ikinci ən böyük dividend ödəyib.

AzVision.az



Teqlər:





Xəbər lenti