Mahir Emreli “Beşiktaş”a qolu belə vurdu - Video

Mahir Emreli “Beşiktaş”a qolu belə vurdu -  Video
  07 İyun 2023    Oxunub:1875
Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün “Beşiktaş”la matçda iştirak edib.
AzVision.az xəbər verir ki, superliqanın sonuncu turunda İstanbulda keçirilən qarşılaşmada o, komandası “Konyaspor”un ikinci qolunun müəllifi olub. 46-cı dəqiqədə oyuna daxil olan Emreli 47-ci dəqiqədə hesabı bərabərləşdirib (2:2).

Sonra tərəflər daha bir qol vurub və matç 3:3 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, bu, Emrelinin Türkiyə superliqasında 2-ci qolu olub.


***
Bu gün Türkiyə çempionatında sonuncu turun oyunu keçirilir.

AzVision.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" səfərdə "Beşiktaş"la qarşılaşır. Oyuna ehtiyat oyunçular skamyasında başlayan Emreli 46-cı dəqiqədə meydana daxil olub. O, meydana daxil olduqdan 1 dəqiqə sonra 47-cı dəqiqədə komandasının 2-ci, bərabərlik qolunun müəllifi olub.

Hazırda "Beşiktaş" 35 oyundan 77 xalla 3-cü, "Konyaspor" isə 35 matçdan 50 xalla 8-ci yeri tutur.

7 iyun
"Beşiktaş" - "Konyaspor"
- 3:3 (İkinci hissə)

Qollar: Fernandes, 6 (1:0), Muleka, 41 (2:0), Ulgun, 45+2 (2:1), Emreli, 47 (2:2), Pozuelo, 51 (2:3), Bingöl, 62 (3:3)

Qırmızı vərəqə: Olgun, 66 ("Konyaspor")
AzVision.az


Teqlər:





Xəbər lenti