Nazir müavini deputatlara cavab verdi: "Pensiya yaşı azaldılmayacaq"

      Nazir müavini deputatlara cavab verdi:    "Pensiya yaşı azaldılmayacaq"
  02 İyun 2023    Oxunub:1318
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov pensiya yaşının aşağı salınması ilə bağlı millət vəkillərinin səsləndirdiyi fikirlərə münasibət bildirib.
AzVision.az xəbər verir ki, nazir müavini jurnalistlərin açıqlamasında hazırda pensiya yaşının azaldılması nəzərdə tutulmur.

"Biz çalışırıq ki, rəqəmlərə baxaq. Deputatların əlində rəqəmlər olmur. Azərbaycan əhalisinin yaşlanma göstəricisinə baxırıq. Hazırki tendensiya pensiya yaşının azalması istiqamətində deyil. 5 yaşdan çox uşağı olanlar, zərərli işdə işləyənlər daha erkən yaşda pensiyaya çıxırlar. Bu işdə ümumi deyil, differensial yanaşma olur. Beynəlxalq ekspertlər də ümumi yanaşmanı məsləhət görmürlər. Deputatlar istəyirlər ki, əhaliyə mesaj versinlər, amma bunu rəqəmlərlə əsaslandırmaq lazımdır. Bu gün rəqəmlərə nəzər salsaq görərik ki, pensiya alanların da sayı çoxdur".

Aytən Zəhra
AzVision.az


Teqlər: Pensiya  





Xəbər lenti