İranda azadlığa çıxan daha bir etirazçı intihar edib

   İranda azadlığa çıxan daha bir etirazçı intihar edib
  31 May 2023    Oxunub:753
İranın teokratik rejiminin repressiya siyasəti hətta məhbusların azadlığa buraıxlmasından sonra belə öz acı nəticələrini nümayiş etdirir. Bu dəfə repressiya maşınının qurbanı gənc Ümid Muradpur olub.
AzVision.az xəbər verir ki, İrandakı ümumxalq etirazları zamanı həbs olunan, lakin xeyli müddətdən sonra azadlığa buraxılan 25 yaşlı Ümid Muradpur intihar edib. Etirazlarla bağlı xəbərləri işıqlandıran “1500 şəkil”in Twitter hesabında intiharın təfərrütları barədə məlumat verilib.

“Ümid Muradpur Şirazdakı etirazlar zamanı həbs olunub. Bir müddət sonra o, girov müqabilində azadlığa çıxa bilərdi, lakin maddi imkanları səbəbindən girov pulunu ödəyə bilmədi və bu da onun həbsdə daha uzun müddət qalmasına səbəb oldu. Nəhayət, aylar keçdikdən sonra Muradpur iki həftə əvvəl sərbəst buraxıldı. Mayın 28-i isə intihar edərək dünyasını dəyişib” - məlumatda deyilir.

Bir müddət əvvəl də ötən ilin etiraz aksiyalarında iştirak etdiyinə görə həbs olunan və sonradan azadlığa buraxılan bir sıra məhbusların da intihar xəbərləri yayılmışdı.

“Human Rights Watch” təşkilatı aprelin 25-də yaydığı hesabatda etirazlar zamanı yaşı 18-dən az olan şəxslərin “işgəncə və zorlanması” barədə məlumat verərərk, bu hadisələrdən sonra 16 və 17 yaşlı iki gəncin intihar etdiyini açıqlayıb. İstisna deyil ki, Ümid Muradpurun və digər gənclərin intihar etməsinin əsas səbəbi məhbəsdə məruz qaldıqları işgəncələrin və zorakılıqların onların psixoloji durumuna vurduğu zərbədir.

Sahil İsgəndərov
Kamran İsayev

AzVision.az


Teqlər: İran   intiharlar  





Xəbər lenti