Ukrayna Rusiyanın neft zavodlarını vurur
Mayın 31-də səhər saatlarında Kubandakı neft emalı zavoduna bir gündə ikinci dron hücumu olub.
Bundan beş dəqiqə əvvəl Afipski neft emalı zavodu hücuma məruz qalıb. Krasnodar diyarının qubernatoru Veniamin Kondratyevin sözlərinə görə, dron hücumundan sonra mazut distillə edən qurğulardan biri yanıb, xəsarət alan olmayıb.
Mayın 26-na keçən gecə Krasnodar ilk dəfə pilotsuz təyyarələrin köməyi ilə hücuma məruz qalıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Neft