Ukrayna Ali Radası İrana qarşı 50 illik sanksiya tətbiqini dəstəklədi

   Ukrayna Ali Radası İrana qarşı 50 illik sanksiya tətbiqini dəstəklədi
  29 May 2023    Oxunub:999
Ukrayna Ali Radası 50 il ərzində İrana qarşı sanksiyaların tətbiqini dəstəkləyib.
AzVision.az xəbər verir ki, Rada həmçinin sanksiya tətbiq edilən şəxslərə məxsus bankların milliləşdirilməsi haqqında qanun layihəsini də dəstəkləyib.

Bu qanun layihəsi Milli Banka aşağıdakılar barədə qərar vermək səlahiyyətini verir:

- sanksiya tətbiq edilmiş şəxsə (fiziki və/və ya hüquqi şəxsə) bankda əhəmiyyətli pay əldə etməsinə və ya artırmasına qadağa qoyulması;

- bank lisenziyasının ləğv edilməsi və bankın ləğvi və ya bankın bazardan çıxarılması (milliləşdirilməsi).
AzVision.az


Teqlər: Ukrayna  





Xəbər lenti