Məcid Kaziminin əmisi oğlu Avstraliyanın Xarici İşlər nazirini tənqid etdi
![Məcid Kaziminin əmisi oğlu Avstraliyanın Xarici İşlər nazirini tənqid etdi Məcid Kaziminin əmisi oğlu Avstraliyanın Xarici İşlər nazirini tənqid etdi](https://azvision.az/photos/2023/05/VON-1685358308.jpg)
“Edamdan sonra nazir Vonqun yazdığı tvit mənim üçün çox kədərli bir an oldu. O, Məcidin öldürülməsini gözlədi və sonra İran hökumətini pislədi. Vonq İran xalqının yanında olduğunu iddia edir, amma düzünü desəm, əmim oğlu üçün daha çox şey edə bilərdi”, - Məhəmməd Haşimi vurğulayıb.
Onun fikrincə, əgər Avstraliya hökuməti həqiqətən də insan haqları ilə maraqlanırsa və edamları dayandırmaq niyyətindədirsə, İran hökuməti ilə danışıqları dayandırmalı və ölkə Senatının son araşdırmasının tələb etdiyi kimi SEPAH-ı terror təşkilatları siyahısına salmalıdır.
Yeri gəlmişkən, SEPAH-ı terror təşkilatları siyahısına salınması məsələsində astagəllik nümayiş etdirən və ya müxtəlif bəhanələrlə bundan yayınmağa çalışan bir sıra ölkələrin hökumətləri son vaxtlar çox ciddi şəkildə tənqidə məruz qalırlar.
Sahil İsgəndərov
Kamran İsayev
AzVision.az
Teqlər: İran Avstraliya