Bu barədə Telegram 112 kanalı məlumat yayıb. Hadisə Mira prospektindəki kafenin yanında baş verib. 59 yaşlı rusiyalı ilə kürəkəni, erməniəsilli Ovik Madoyan arasında növbəti münaqişə yaranıb: qayınata kişini qızını döydüyünə və nəvələrinin zəif tərbiyəsinə görə qınayıb. Qəzəblənən Madoyan bıçağı götürərək arvadının atasına 7 zərbə endirib. Aldığı xəsarətlər nəticəsində zərərçəkən yerindəcə keçinib.
Mənbənin sözlərinə görə, qətldən sonra Ovik Madoyan şəhərdəki otellərdən birində otaq tutub. Orada qatil pasport məlumatlarını təqdim etmədən nömrə icarəyə götürüb. Əvvəllər Madoyan yerli sakinlər tərəfindən tanınıb və onun harada olması barədə polisə məlumat veriblər.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: