Dövlət müəssisələrinin büdcəyə borcu azalıb
Sənədə əsasən, ötən il İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə təmin edilən gəlirlərin tərkibində dövlət mülkiyyətində olan vergi ödəyicilərinin payı 4 105,4 milyon manat, xüsusi mülkiyyətdə olan vergi ödəyicilərinin payı 4 064,3 milyon manat, digər mülkiyyət mənsubiyyətinə (xarici, birgə, bələdiyyə, beynəlxalq təşkilatlar) aid edilən vergi ödəyicilərinin payı isə 7 373,3 milyon manat olub.
Dövlət sektoru üzrə daxilolmaların artması bu sektor üzrə büdcəyə olan borcların 6,7 milyon manat və yaxud 2,6 % azalaraq 254,2 milyon manat, artıq ödəmə məbləğlərinin isə 76,1 milyon manat və ya 18,3 % artaraq 491 milyon manat təşkil etməsi şəratində baş verib.
Eyni zamanda dövlət mülkiyyətində olan vergi ödəyiciləri tərəfindən 2022-ci ildə dövlət büdcəsinə köçürülmüş daxilolmaların real hesablamalara nisbətən icrası 96,6 % olub.
AzVision.az
Teqlər: