Ramil Usubov Bərdədə görüş keçirəcək

Ramil Usubov Bərdədə görüş keçirəcək
  28 May 2014    Oxunub:855
Daxili işlər naziri Ramil Usubov qəbul keçirəcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 31-də saat 10-da Bərdə Rayon Polis Şöbəsində Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan və Xocalı rayonlarının sakinlərini qəbul edəcək.

Eyni zamanda, qeyd olunan rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifəsində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olan, yaşı 20- 30 arasında, boyu 180 santimetr və ondan yuxarı, həqiqi hərbi xidmət keçən, əvvəllər məhkum olunmayan, tam orta təhsilli şəxslər də qəbulda iştirak edə bilərlər.



Teqlər:  





Xəbər lenti