"Təbiət hadisələrinin fermer təsərrüfatlarına zərəri çox cüzidir" - Nazirlik

   "Təbiət hadisələrinin fermer təsərrüfatlarına zərəri çox cüzidir" -    Nazirlik
  15 May 2023    Oxunub:1519
"Bölgələrdə hava şəraitinin kəskin dəyişməsi nəticəsində bəzi kiçik təsərrüfatlara müəyyən zərər dəyib. Fermerlərin öz təsərrüfatlarını sığortalaması belə hallarda fermerə dəyən zərəri qarşılamağa imkan verir".
Bunu AzVision.az -a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyib. O bildirib ki, təkcə 2022-ci ildə sığorta hadisələri üzrə fermerlərə milyonlarla manat sığorta ödənişi edilib:

"Artıq iki ildir ki, ölkədə dövlət dəstəkli aqrar sığorta sistemi tətbiq olunur və təsərrüfatları sığorta müqaviləsində göstərilmiş təbiət hadisələri üzrə zərər çəkmiş fermerlər müvafiq sığorta ödənişi alırlar.

May ayı ərzində təbiət hadisələrinin - leysan, dolu və s. - təsərrüfatlara vurduğu zərər respublika üzrə kənd təsərrüfatı məhsullarının istehsalına, ümumi məhsuldarlığa təsir göstərəcək dərəcədə deyil".

Nazirlik sözçüsü qeyd edib ki, son günlər bəzi bölgələrdə baş verən leysan, dolu, sel, subasma kimi təbiət hadisələrinin fermer təsərrüfatlarına dəydiyi zərər çox cüzidir.

"Son dörd gündə Aqrar Sığorta Fondunun Çağrı Mərkəzinə cəmi zərər dəymə fatkarı üzrə 12 müraciət daxil olub. Artıq Fondun əməkdaşları müstəqil sığorta ekspertləri ilə birlikdə müraciətlər üzrə sahələrə dəymiş zərərləri yeruində müəyyən etməyə başlayıblar. Sığorta hadisələri təsdiqləndikdən və monitorinq başa çatdıqdan sonra fermerlərə müqavilədə göstərilmiş müddətdə sığorta ödənişi həyatya keçiriləcək".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti