“AzerGold”da Heydər Əliyevin yubileyi münasibətilə qanvermə aksiyası keçirilib

“AzerGold”da Heydər Əliyevin yubileyi münasibətilə qanvermə aksiyası keçirilib
  10 May 2023    Oxunub:1539
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə qanvermə aksiyası təşkil edilib.
QSC-dən AzVision.az -a bildirilib ki, Cəmiyyətin, eləcə də onun törəmə şirkətləri olan “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və “AzerBlast” MMC-nin əməkdaşları könüllü olaraq aksiyada iştirak edərək, irsi və qazanılmış qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə qan veriblər.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən əvvəlcə hər bir donorun sağlamlığı müvafiq tibbi müayinə ilə yoxlanılıb, daha sonra onlardan qan götürülüb. Toplanan qan ehtiyatı laboratoriya şəraitində yoxlanılaraq, talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsində istifadə ediləcək.


AzVision.az


Teqlər:





Xəbər lenti