Azərbaycan Türkiyə ilə birgə əczaçılıq məhsullarıistehsal edəcək

   Azərbaycan Türkiyə ilə birgə əczaçılıq məhsullarıistehsal edəcək
  03 May 2023    Oxunub:1461
İqtisadiyyat Nazirliyinin "Azərbaycan İnvestisiya Şirkəti" ASC və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş.” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat nazir Mikayıl Cabbarov özünün tviter səhifəsində yazıb.

Nazir qeyd edib ki, layihə çərçivəsində Azərbaycanda əczaçılıq məhsullarının istehsalı imkanları araşdırılacaq.

Bildirilir ki, “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş.” Türkiyənin dərman istehsalı sahəsində ixtisaslaşan, 20 ildən çox təcrübəyə malik aparıcı şirkətidir.


AzVision.az


Teqlər: MikayılCabbarov  





Xəbər lenti