Bu il BP-nin mənfəəti 8,2 milyard dollar təşkil edib

BP-nin rüb üzrə gəliri bir il əvvəlki 51,22 milyard dollara qarşı 11% artaraq 56,95 dollara çatıb. Şirkətin sərbəst pul axını 7% azalaraq 7,62 milyard dollar təşkil edib.
Aprelin 13-də BP ABŞ-ın Meksika körfəzindəki yeni Arqos dəniz platformasında neft hasilatına başladığını elan edib. Arqos BP-nin 2008-ci ildən bəri Meksika körfəzindəki ilk yeni istehsal müəssisəsi və BP-nin Meksika körfəzindəki beşinci platformasıdır. Platformanın ümumi hasilat gücü sutkada 140 min barel neft səviyyəsində olacaq.
AzVision.az
Teqlər: