"Heydər Əliyev süni əngəllərlə bağlı daim işlər aparırdı" - Prezidentin köməkçisi

   "Heydər Əliyev süni əngəllərlə bağlı daim işlər aparırdı" -    Prezidentin köməkçisi
  25 Aprel 2023    Oxunub:1194
"Ötən əsrin 60-ci illərindən ölkəmiz sosial iqtisadi göstəricilərinə görə geridə qalan aqrar ölkələrdən olub. Məhz Ulu Öndərin sayəsində Azərbaycan bir neçə il ərzində inkişaf etmiş sənaye respublikasına çevrilib.Ümummilli lider Heydər Əliyevin siyasətində sahibkarlığın inkişafı prioritet mövqe olub".
AzVision.az xəbər verir ki, bunu Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov İqtisadiyyat Nazirliyinin, KOBİA və ASK-nın təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda tədbirdə deyib. O bildirib ki, Ulu öndər sahibkarların maliyyə imkanlarına çıxışını asanlaşdıran bank sahəsində islahatlar həyata keçirib.

"Ümummilli lider Heydər Əliyev sahiblarların problemləri ilə maraqlanırdı. Sahibkarlığın inkişafına dair qəbul edilən Dövlət Proqramları buna misaldır. Sahibkarlıq fəaliyyətinə dair süni əngəllərlə bağlı daim işlər aparırdı. Süni maneələrin aradan qaldırılması üçün kompleks tədbirlər nəzərdə tutulmuşdu".

X.Əhədov bildirib ki, bu gün Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında azad edilmiş torpaqların yenidənqurma işlərinə sürətlə başlanılıb: "Yaxın gələcəkdə bu istiqamətdə sahibkarların böyük töhfəsi olacaq. Heydər Əliyev şəxsi nümunəsi ilə daim bizə yenilənməni öyrədir. Biz bu gün möhkəm təməllər üzərində, Prezidentin rəhbərliyi ilə tarixin yeni mərhələsində yeni uğurlara imza atırıq. Əminəm ki dövlət-özəl tərəfdaşlığı nəticəsində ölkəmiz daha da inkişaf edəcək".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti