"Çin qlobal iqtisadi artımın aparıcı qüvvəsi olacaq" - "Bloomberg"
“Çin gələcək beş il ərzində qlobal artıma ən böyük töhfə verən ölkə olacaq, buradakı payı ABŞ-dan iki dəfə çox olacaq. Ölkənin qlobal ümumi daxili məhsul artımındakı payının 2028-ci ilə qədər ümumi qlobal artımın 22,6%-ni təşkil edəcəyi gözlənilir. Onu 12,9 faizlə Hindistan, 11,3 faizlə ABŞ izləyəcək", analitiklər qeyd edib.
"Çinin də daxil olduğu BRİKS-in payı ABŞ-ın başçılıq etdiyi G7 dövlətlərinin töhfəsindən daha çox olacaq. Eyni zamanda, qlobal iqtisadi artımın 75%-i 20 ölkədə, yarıdan çoxu isə dörd ən böyük ölkədə: Çin, Hindistan, ABŞ və İndoneziyada cəmləşəcək", məqalədə bildirilib.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun (BVF) analitiklərinin statistik məlumatlarına əsasən, bu il BRİKS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) qlobal artımın 32,1%-ni, G7 dövlətləri isə (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) - cəmi 29,9%- ni təmin edəcəyi gözlənilir. 2020-ci ildə BRİKS və G7 ölkələrinin qlobal iqtisadi artımı müqayisəli səviyyədə olub.
Aytən Zəhra
AzVision.az
Teqlər: