Bloomberg: Səudiyyə Ərəbistanı enerji bazarındakı vəziyyəti dəyişdi

      Bloomberg:    Səudiyyə Ərəbistanı enerji bazarındakı vəziyyəti dəyişdi
  03 Aprel 2023    Oxunub:950
Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını gündə 500 min barel azaltmaq qərarı ilə qlobal enerji bazarındakı vəziyyəti dəyişib. Digər OPEC+ üzvlərinin, o cümlədən Rusiyanın analoji tədbirləri sayəsində Brent markalı neftin qiyməti yaxın gələcəkdə 100 dollar/barelə yaxınlaşa bilər.
Bu barədə “Bloomberg” xəbər verib. Aprelin 2-də bir sıra OPEC+ ölkələri, qlobal xammal bazarında gözlənilmədən neft hasilatını ilin sonuna qədər azaldacaqlarını açıqlayıb. Ümumilikdə gündəlik xammal istehsalının ümumi azalması 1,5 milyon bareldən çox olacaq.

“Səudiyyə Ərəbistanının neft sürprizi qiymətləri daha da böyük artıma təkan verir. İlin əvvəlində sənayedə geniş şəkildə inanılan bir barelin 100 dollara satılması perspektivi, görünür, reallaşır. Birjada qiymətlər bir barel üçün 85 dollara yüksəlib.

“Goldman Sachs” ilin sonu proqnozunu 95 dollara qədər yenidən nəzərdən keçirib və digər analitiklər hətta üçrəqəmli rəqəmlər haqqında danışmağa başlayıblar” – məqalədə deyilir.


AzVision.az


Teqlər:





Xəbər lenti