Azərbaycanda internet provayderlərinin uçotuna başlanılır
Bildirilir ki, “Telekommunikasiya haqqında” Qanunun və “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın tələblərini nəzərə alaraq, Azərbaycanda internet telekommunikasiya sahəsində xidmət göstərən operator və provayderlər, o cümlədən host provayderlər qeydiyyatdan keçməlidir.
İnternet telekommunikasiya xidməti göstərən operator və provayderlər, o cümlədən host provayderlər “Elektron hökumət” portalına https://e-gov.az/az/services/read/3731/ daxil olaraq autentifikasiyadan keçməklə və ərizə göndərməklə uçota durmalıdır.
Uçota durma üçün ərizə bu elan dərc edildiyi tarixdən başlayaraq 15 gün ərzində verilməlidir.
Qeyd edilən tələbin icra edilməməsi İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsinə əsasən uçot qaydalarının pozulmasına görə inzibati məsuliyyətə səbəb ola bilər.
AzVision.az
Teqlər: