"Cinpin Zelenski ilə danışacaq" - KİV

 "Cinpin Zelenski ilə danışacaq" -    KİV
  20 Mart 2023    Oxunub:1200
Moskvaya səfəri və Vladimir Putinlə görüşündən sonra Çin lideri Si Cinpin Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparacaq.
Financial Times mənbələrə istinadən xəbər verir ki, bu, Si Cinpinq və Volodimir Zelenski arasında Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi başlayandan bəri ilk birbaşa təmas olacaq.

Qeyd edək ki, Çin lideri martın 20-22-də Rusiyaya səfər edəcək. ABŞ hesab edir ki, onlar bunu sülhməramlı missiya kimi təqdim etməyə cəhd edə bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti