Prezident: "Avropa İttifaqı ilə ticarətin həcmi artacaq"

      Prezident:    "Avropa İttifaqı ilə ticarətin həcmi artacaq"
  08 Mart 2023    Oxunub:850
"Avropa İttifaqı əsas ticari tərəfdaşımızdır. Birmənalı olaraq, gələn illərdə Avropa İttifaqı ilə ticarətin həcmi artacaq".
AzVision.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits ilə görüşdən sonra mətbuata bəyanatında ifadə edib.

Dövlət başçısı bildirib ki, Latviya Avropa İttifaqı ilə Azərbaycan arasında sıx əməkdaşlıqda hər zaman çox mühüm və müsbət rol oynayıb. “Bu, o cümlədən Azərbaycan ilə NATO arasında əməkdaşlığa da aiddir və o, çox uğurla inkişaf edir. Biz latviyalı dostlarımıza belə davamlı dəstəyə görə çox minnətdarıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti