“Jurnalistlər Ukraynaya silah daşıyırmış” – ABŞ-dan İDDİA

“Jurnalistlər Ukraynaya silah daşıyırmış” – ABŞ-dan İDDİA
  21 May 2014    Oxunub:1413
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cennifer Psaki Ukraynanın Kramatorsk şəhərində “LifeNews” telekanalının saxlanılan əməkdaşlarının jurnalist olmalarına şübhə etdiyini bildirib.
AzVision.az-ın məlumatına görə, Psaki brifinqdə Marat Sayenko və Oleq Sidyakinin regionda silah qaçaqmalçılığı ilə məşğul ola biləcəyini vurğulayıb.

“Onların avtomobilinin yük yerində saxlanılma vaxtı daşınabilən zenit-raket kompleksləri aşkarlanıb. Buna görə də bizdə onların həqiqətən də jurnalist olub-olmamalarına dair sualı yaranır”, - deyə Psaki bildirib.

O, həmçinin bildirib ki, onda “Russia Today” telekanlı ilə əməkdaşlıq edən Britaniyalı jurnalist Qrem Fillipsin saxlanılmasına dair məlumat yoxdur. Psakinin sözlərinə görə, Dövlət Departamenti jurnalistlərin saxlanılmasını pisləyir

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti