Çin şirkətləri Qarabağda bərpa və quruculuq işlərinə dəvət olunub

Çin şirkətləri Qarabağda bərpa və quruculuq işlərinə dəvət olunub
  07 Mart 2023    Oxunub:959
Çin şirkətləri işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinə dəvət olunublar.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo ilə görüşündə bildirilib.

Dövlət başçısı Azərbaycanın bərpaolunan enerji potensialı barədə məlumat verib. Çinin bu sahədə böyük texnoloji imkanlara malik olduğu qeyd edilib.

Söhbət zamanı Çin şirkətləri işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinə dəvət olunublar.

Qonaq Çinin ölkəmizin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti