Yol təsərrüfatına 700 min manat ziyan vurulub

Yol təsərrüfatına 700 min manat ziyan vurulub
  01 Mart 2023    Oxunub:985
2022-ci ildə Azərbaycanda yol təsərrüfatına 699,15 min manat ziyan vurulub ki, bunun da 506 min manatı və yaxud 72 %-i ödənilib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə 16 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə, 66 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığından, onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.

Ötən il ölkədə yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnə 626 yol-nəqliyyat hadisəsi (Bakı şəhərində 107) baş verib. Bunun nəticəsində 8 148 pm əyrixətli tirlər, 110 ədəd beton bordür, 161 pm mühafizə çəpərləri, 25 işıq dirəyi, 34 ədəd yol nişanı, 7 ədəd məlumat lövhəsi, 5 ədəd səsboğucu lövhə və 38 m körpü məhəccəri yararsız hala düşüb.

AzVision.az


Teqlər:





Xəbər lenti