Avropa Şurasının internet səhifəsində Azərbaycan dili

Avropa Şurasının internet səhifəsində Azərbaycan dili
  20 May 2014    Oxunub:877
Avropa Şurası rəsmi internet səhifəsində Azərbaycan dilində mətn yerləşdirib.
Mətn Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə bağlıdır.


`Avstriya Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyini Azərbaycana ötürür` başlıqlı xəbərdə deyilir ki, Avstriyadan sonra növbədə olan Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlayır. Azərbaycanın quruma sədrliyi rəsmən bu ilin 14 may tarixindən başlayaçaq.

`Bu ilin 6 may tarixində Avropa Şurası Nazirlər Komitəsinin 124-çü toplantısında, ASNK-nə sədrlik etmiş Avstriya dövlətinin Xarici İşlər Naziri Sebastyan Kurtz, ölkəsinin bu qurumda sədrliyi ərzində əsas fəaliyyətlərinin yekunlarını təqdim edib. Avropa Şurası Nazirlər Komitəsinin yeni sədri, Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov isə öz növbəsində ölkəsinin növbəti altı ay sədrliyi dövründəki əsas prioritetlərini açıqlayıb`,- deyə xəbərdə bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti