“Fələstin İsraillə danışıqlara hazırdır”

“Fələstin İsraillə danışıqlara hazırdır”
  20 May 2014    Oxunub:888
“Fələstin İsraillə dialoqa qayıtmağa hazırdır”. – AzVision.az-ın məlumatına görə, bu barədə “Telesur” kanalına müsahibəsində Fələstin Administrasiyasının lideri Mahmud Abbas bildirib.
“Biz İsraillə daha 9 ay müddətinə danışıqlar apara bilərik. Lakin sərhədlər və onların delimitasiya haqqında danışıqlar yalnız fələstinli məhbusların azad olunmasından sonra bərpa oluna bilər”, - deyə Abbas bildirib.

Onun sözlərinə görə, yekun mərhələdə Fələstin sakinləri referendum zamanı İsraillə danışıqların nəticələri və sülh sazişinin şərtləri ilə razı olub-olmamaları barədə suala cavab verməlidilər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti