Ötən il Britaniya qaz alışına əlavə 60 milyard funt sterlinq ödəyib

Ötən il Britaniya qaz alışına əlavə 60 milyard funt sterlinq ödəyib
  21 Fevral 2023    Oxunub:932
Keçən il Böyük Britaniya pandemiyadan əvvəlki dövrlə müqayisədə qaz alışına 50-60 milyard funt sterlinq daha çox xərcləyib.
Bu barədə yerli müstəqil “Energy and Climate Intelligence Unit” (ECIU) təşkilatı statistik məlumatlara istinadən xəbər yayıb. Qeyd olunub ki, əgər bərpa olunan enerji mənbələrindən istifadə edilməsəydi, Britaniyanın ümumi xərcləri daha da arta bilərdi. Onların köməyi olmasaydı, Böyük Britaniyanın xərcləri daha 20 milyard funt sterlinq (təxminən 24 milyard dollar) artardı.

Fevralın 6-da “Financial Times” qəzeti Böyük Britaniyanın gələn qış enerji qiymətlərində artımla üzləşə biləcəyini yazıb.


AzVision.az


Teqlər:





Xəbər lenti