Almaniya Rusiyanın 5,32 milyardlıq aktivlərini dondurub

   Almaniya Rusiyanın 5,32 milyardlıq aktivlərini dondurub
  18 Fevral 2023    Oxunub:935
Almaniya hakimiyyəti Ukraynada xüsusi hərbi əməliyyat başlayandan indiyədək Rusiyanın 5,32 milyard avro dəyərində aktivlərini dondurub.
AzVision.az xəbər verir ki, bu barədə Almaniya Maliyyə Nazirliyinin məlumatlarına istinadən "Die Welt am Sonntag" qəzeti yazıb.

Göstərilən məbləğə Rusiya Mərkəzi Bankının, həmçinin Aİ-nin sanksiyalar siyahısında olan fiziki şəxslər və şirkətlərin aktivləri daxildir.

Nazirlik Almaniyada əmlakı dondurulmuş Rusiya Federasiyasından olan sahibkarların sayını dəqiqləşdirməyib.

Qeyd edək ki, Avropa İtttifaqının (Aİ) tətbiq etdiyi sanksiyalar nəticəsində indiyədək Rusiyanın fiziki və hüquqi şəxslərinin 21,5 milyard dollar məbləğində aktivləri dondurulub.



AzVision.az


Teqlər:





Xəbər lenti