`Belə səfiri qovarlar`

`Belə səfiri qovarlar`
  19 May 2014    Oxunub:963
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar "Azadlıq" radiosuna müsahibəsində Azərbaycanda demokratiyanın durumu, ölkənin daxili və xarici siyasəti ilə bağlı müəyyən neqativ fikirlər səsləndirməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Bununla bağlı saytımıza acıqlama verən BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı bildirib ki, ABŞ səfrinin veridyi acıqlama birbaşa beynəlxlq qanunlara o cümlədən "Diplomatik əlaqələr haqqında" qəbul olunmuş Vyana Konvensiyasının tələblərinnin birbaşa pozulmasıdır:

- Morqninqstar bütün diplomatik münasibətlərə ziyan gətirir. Özünü səfir kimi aparmır. Özünə hörmət edən səfər müstəqil ölkənin daxili işlərinə bu dərəcədə müdailə etməzdi. Azərbaycanın iç siyasətinə nə ABŞ-ın, nə də başqa bir böyük dövlətin və ya beynəlxalq qurumun müdaxilə etmək haqqı yoxdur. ABŞ-da başqa bir ölkənin səfirinin Morninqstar kimi danışmasına necə baxardılar? Məncə həmin səfiri ölkədən qovardılar.

BAXCP sədrinin müavinin sözlərinə görə, səfir Azərbaycan dövlətini hədələməklə məşğuldur: `Bütün dünya gördü ki, Ukraynda baş verən hadisələri ABŞ və Avropa Birliyi təşkil etdi. ABŞ-ın törətdiyi inqilablar fəlakətlər gətirir. Ukrayna artıq dağılıb. Ərazısının çox hissəsini itirib. Hər gün sadə vətəndaşlar qətlə yetirlir. Bunun əvəzində ABŞ Ukraynaya nə verib? 5-10 rus məmuruna sanksiyadan başqa heç nə edə bilməyib. Edə də bilməz. Rusiyanın qarşısında acız vəziyyətdə olan ABŞ kiçik dövlətlərdə "ağalıq" etmək niyyətdədir. Hələ səfir Ukrayana hadisələrinin Azərbaycanda təkrarlanacağından danışır. Belə səfiri ölkədən qovarlar!"


Teqlər:





Xəbər lenti