Reuters: "Qərbin Ukraynaya görə silah ehtiyatı tükənib"

      Reuters:    "Qərbin Ukraynaya görə silah ehtiyatı tükənib"
  13 Fevral 2023    Oxunub:899
Qərb Ukraynaya hərbi yardımlar göstərdiyi üçün hazırda silah ehtiyatları tükənmək ərəfəsindədir. AzVision.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Nəşr yazır ki, söhbət tərk bir ölkədən getmir, ümumilikdə Avropa və digər dövlətlərin sursat ehtiyatları bitib. Xüsusən də, HIMARS MLRS sistemləri və 155 mm-lik mərmilər, artilleriya qurğularının çatışmazlığı narahatlıq doğurur. Bundan əlavə, Qərb ölkələrində hava hücumundan müdafiə sistemləri, o cümlədən "Patriot" mərmilərinin sayı da azalıb.

Agentliyə açıqlama verən adı açıqlanmayan məmurlardan biri qeyd edib ki, Avropa ilə Rusiya arasında silahlı münaqişə baş verəcəyi təqdirdə Qərbin cəmi bir neçə günə kifayət edəcək mərmisi qalıb.

Bununla əlaqədar, ölkələr NATO üzvlərinin qarşıdakı görüşündə mərmilərin sayının artırılması məsələsini müzakirə etməyə hazırlaşırlar. Alyansın sammiti isə bu ilin iyulunda Litvada keçiriləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Qərb  





Xəbər lenti