Dağılan binanın podratçısı həbs edildi

   Dağılan binanın podratçısı həbs edildi
  13 Fevral 2023    Oxunub:1278
Qaziantepdə zəlzələdə dağılan "Bahar"adlı yaşayış binasının podratçısı İbrahim Mustafa Uncuoğlu həbs edilib.
Qaziantep Respublika Prokurorluğunun apardığı istintaq çərçivəsində dağılan və çoxlu sayda insanın həyatını itirdiyi Bahar kompleksinə texniki baxış keçirilib. İbrahim Mustafa Uncuoğlu səhlənkarlıq ittihamı ilə saxlanılıb.

Türkiyədə baş verən dəhşətli zəlzələdə həlak olanların sayı 29 605 nəfərə çatıb.
Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yaralıların sayı 80 min 278 nəfər olub. Dağılan binların sayı isə 6 min 444-dür.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti