Türk qardaşlığı bir daha sübut olundu - Lidiya Parxomçik (Eksklüziv video)

   Türk qardaşlığı bir daha sübut olundu -    Lidiya Parxomçik (Eksklüziv video)
  13 Fevral 2023    Oxunub:1221
Türkiyədə baş verən zəlzələ ağır faciə olmaqla yanaşı, həm də ölkələrin bir-birinə necə dost olduğunu qiymətləndirməyə imkan verən lakmus kağızıdır. Belə hallarda məlum olur ki, dövlətlər bir-birlərinə kömək etməyə, ümumiyyətlə, beynəlxalq ictimaiyyət əməkdaşlığa nə dərəcədə hazırdır.
Bu fikir Qazaxıstanın Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun eksperti Lidiya Parxomçikə məxsusdur. O, AzVision.az-a deyib ki, bu baxımdan Qazaxıstan və Türkiyə həqiqətən qardaş xalq olduqlarını nümayiş etdirdilər. Çünki təbii fəlakətdən sonra elə ilk saatlarda Qazaxıstan hakimiyyəti dərhal reaksiya verdi. Təcili briqada bir neçə saat ərzində hazırlandı, xilasedicilər, kinoloqlar, xüsusi təlim keçmiş həkimlərin olduğu İlk təyyarə havaya qalxdı.


“Biz eyni zamanda Türkiyə tərəfin xahişi ilə təcili əlavə yardım göstərməyə də hazırıq. Belə bir müraciət olarsa, 125-ə yaxın yüksək ixtisaslı həkim Türkiyəyə göndərilməsini gözləyir. Təxminən 45 ölkə də sanballı yardım paketi təklif edib. Qazaxıstan da istisna deyil. Söhbət bərpa işlərinə ən azı bir milyon dollar ayrılmasından gedir. Təəssüf ki, kifayət qədər çox resurs tələb olunur.

Qırğızıstan və Özbəkistan da öz fəaliyyətlərini Ankara ilə əlaqələndirib və xilasedicilərini göndəriblər. Bu yardımlar vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçündür. Qazaxıstan, bütün Orta Asiya dövlətləri, Azərbaycan qardaş xalqlardır və Türkiyəyə ruhən çox yaxındırlar. Hər kəs insan itkilərini minimuma endirmək üçün səy göstərməlidir. Çünki bu cür kataklizmlər tamamilə gözlənilmədən baş verir”,- qazaxıstanlı ekspert qeyd edib.

Murad Nəcəfov
AzVision.az


Teqlər: Türkiyə  





Xəbər lenti