Bakıda kişi onunla rəqs etməyən qadınları döydü

 Bakıda kişi onunla rəqs etməyən qadınları döydü
  13 Fevral 2023    Oxunub:765
Nəsimi rayonunda yerləşən klubların birində kütləvi dava düşüb.
Hadisə Nizami küçəsində yerləşən ərazidə baş verib. Belə ki, “Hiss” gecə klubunda kişi müştərilərdən biri sərxoş olub.

O, qızlar oturan masaya yaxınlaşıb və onlarla rəqs etmələrini istəyib. Qızlar ona etiraz ediblər. Nəticədə onlar arasında dava düşüb. Döyülən qızlardan biri xəstəxanaya yerləşdirilib, üçü isə ambulator müalicəyə buraxılıb. Faktla bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyindən bildirilib ki, qeyd edilən hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.(Oxu.az)

AzVision.az


Teqlər:





Xəbər lenti