Səudiyyə Ərəbistanında zəlzələdən zərər çəkənlər üçün 81 milyon toplandı

Səudiyyə Ərəbistanında zəlzələdən zərər çəkənlər üçün 81 milyon toplandı
  12 Fevral 2023    Oxunub:1848
Səudiyyə Ərəbistanında Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlər üçün təşkil edilən yardım kampaniyasında təxminən 305 milyon riyal (81,2 milyon dollar) toplanıb.
Kral Salman Humanitar Yardım Mərkəzinə bağlı Sahem Platforması toplanan yardımlarla bağlı açıqlama verib.

Açıqlamada Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlər üçün başladılan kampaniyaya 1 milyon 4 min 913 nəfərin yardım etdiyi, indiyə qədər toplanan məbləğin isə 304 milyon 885 min 77 riala (81,2 milyon dollar) çatdığı bildirilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti