"Ürəyim onlarladır" - Messidən dəstək çağırışı

   "Ürəyim onlarladır" -    Messidən dəstək çağırışı
  12 Fevral 2023    Oxunub:3010
Argentinalı ulduz futbolçu Lionel Messi Türkiyədəki zəlzələlərdən sonra Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) başlatdığı yardım kampaniyasına dəstək çağırışı edib.
Messi sosial mediada UNICEF-in internet səhifəsində müvafiq səhifənin linkini paylaşaraq, “Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərdən zərər çəkən minlərlə uşaq və onların ailələri üçün çox kədərli günlər.

Ürəyim onlarladır. UNICEF regionda uşaqları qorumaq üçün bölgədə fəaliyyət göstərir. Sizin köməyiniz çox dəyərlidir”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti