Meksikadan gələn xilasedici it “Proteo” ölüb

 Meksikadan gələn xilasedici it  “Proteo”  ölüb
  12 Fevral 2023    Oxunub:1279
Türkiyədə baş verən zəlzələlərdən sonra axtarış-xilasetmə işlərinə qatılmaq üçün Meksikadan gələn qrupun xilasedici iti "Proteo" dağıntılar altında qalaraq dünyasını dəyişib.
Bu barədə Meksika Müdafiə Nazirliyinin bəyanatında deyilir.

"Biz böyük yoldaşımız Proteonun itkisinə görə çox kədərlənirik. Türkiyədəki qardaşlarımızın axtarış-xilasetmə işlərində Meksika Nümayəndə heyətinin üzvü kimi üzərinə düşən vəzifəni yerinə yetirdin. Qəhrəmanlıq əməyinə görə təşəkkür edirik”,- deyə bildirilir.

Kahramanmaraşda 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Meksikadan 150 nəfərlik axtarış-xilasetmə qrupu xilasetmə işlərinə dəstək vermək üçün Türkiyəyə gəlib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti