Dağılan binanın podratçıları xaricə qaçmaq istəyərkən saxlanıldı

 Dağılan binanın podratçıları xaricə qaçmaq istəyərkən saxlanıldı
  12 Fevral 2023    Oxunub:1688
Türkiyədə baş verən zəlzələ nəticəsində Adıyamanda dağılan bir çox binanın podratçısı olduqları müəyyən edilən Yavuz Karakuş və Sevilay Karakuş Gürcüstana qaçmaq istəyərkən İstanbul Hava Limanında yaxalanıb.
Yavuz Karakuş və Sevilay Karakuşun üzərindən 16 min dollar pul çıxıb.

Digər tərəfdən Qaziantepdə baş verən zəlzələdə dağılan Pamukoğlu kompleksinin məsul inşaat mühəndisi A.G. Afyonkarahisarda saxlanılıb.

Həmçinin Şanlıurfada dağılan binalarda tikinti qüsurları və sütunların kəsilməsi iddiaları ilə bağlı Şanlıurfa Respublika Prokurorluğu tərəfindən başladılan istintaq davam edir. Bu çərçivədə həbs olunan 8 nəfərin həbs müddəti uzadılıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti