Zelenski Ruslan Dzyubu işdən çıxardı

   Zelenski Ruslan Dzyubu işdən çıxardı
  12 Fevral 2023    Oxunub:821
Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Milli Qvardiyasının komandirinin müavini Ruslan Dzyubu vəzifəsindən azad edib.
Bununla bağlı sərəncam prezidentin saytında dərc olunub.

Zelenski bir gün əvvəl müdafiə sektoru və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə bir sıra görüşlər keçirib. Bir sıra məsələlərlə yanaşı, ölkədə dövlət institutlarının gücləndirilməsi də müzakirə edilib.

Ukrayna prezidenti həmçinin Milli Təhlükəsizlik və Müdafiə Şurasının xətti ilə bağlı yeni qərarları da elan edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti